Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq

10 Yanvar 2026 19:33 (UTC+04:00)

Azərbaycanın avtomobil yollarında yanvarın 11-də müşahidə ediləcək vəziyyət açıqlanıb.

SİA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Belə ki, dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı ehtimalı var.