2025-ci ildə Azərbaycan Türkiyədən 51,319 milyon ABŞ dolları dəyərində tekstil məhsulları idxal edib.
SİA Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 2 % çoxdur.
Təkcə dekabrda isə Türkiyə Azərbaycana 4,818 milyon ABŞ dolları dəyərində tekstil məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 13,5 % çoxdur.
Ötən il Türkiyənin tekstil məhsulları ixracının ümumi dəyəri illik müqayisədə 0,8 % azalaraq 9 milyard 409 milyon ABŞ dolları, dekabrda isə 0,2 % artaraq 782 milyon ABŞ dolları olub.
Türkiyədən ən çox tekstil məhsulları idxalını İtaliya 733 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 0,8 % az), Misir 552,023 milyon ABŞ dolları (23,1 % çox) və ABŞ 537,856 milyon ABŞ dolları (0,9 % çox) dəyərində həyata keçirib.