Paytaxtda motosiklet və moped oğurlayan şəxslər saxlanılıblar

10 Yanvar 2026 16:34 (UTC+04:00)

Paytaxt Bakının Binəqədi rayonunda yerləşən evlərdən birinin qarşısından “Tufan M-50” markalı motosikletin oğurlanması barədə polisə məlumat daxil olub. SİA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən N. Məmmədzadə müəyyən edilərək saxlanılıb.

Suraxanı rayonunda da bir nəfərə məxsus mopedi oğurlamaqda şübhəli bilinən İ. Məmmədli polis əməkdaşları tərəfindən saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.