"Qəbələ" və "Kəpəz" yoxlama görüşündə üz-üzə gəliblər
10 Yanvar 2026 16:20 (UTC+04:00)
Azərbaycan Premyer Liqası təmsilçiləri "Qəbələ" və "Kəpəz" yoxlama görüşündə üz-üzə gəliblər. SİA- nın məlumatına görə, qarşılaşma Qəbələ şəhər stadionunda baş tutub.
4 qolun vurulduğu matçda Qəbələ komandası 3:1 hesablı qələbəyə sevinib.