İsrail XİN rəhbəri Azərbaycana səfər edəcək

10 Yanvar 2026 15:22 (UTC+04:00)

İsrailin xarici işlər naziri Gideon Saar yanvarın 26-da Azərbaycana səfər edəcək.

SİA-nın məlumatına görə, bu barədə Azərbaycan-İsrail Alyansı AIA Global məlumat verib.

Səfər proqramında bir sıra görüşlər, o cümlədən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla danışıqlar planlaşdırılıb.

Məlumata görə, Bakıdan sonra Gideon Saar Qazaxıstana gedəcək.