Ötən gün polis əməkdaşları tərəfindən 31 kq narkotik vasitə aşkarlanıb

10 Yanvar 2026 12:09 (UTC+04:00)

Ötən gün polis əməkdaşları tərəfindən 31 kq narkotik vasitə aşkarlanıb. SİA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 1 kiloqramdan artıq heroin, 25,9 kiloqrama yaxın marixuana, 1,4 kiloqramdan artıq psixotrop maddə metamfetamin, 2,2 kiloqramdan artıq həşiş və yarım kiloqrama yaxın tiryək olub.