Goranboyda 55 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb

10 Yanvar 2026 10:02 (UTC+04:00)

Goranboyda 55 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb. SİA xəbər verir ki, Dəliməmmədli şəhəri, M.Əsədov küçəsi ev 10 ünvanında yaşayan 1970-ci il təvəllüdlü İsmayılzadə Namiq Nemət oğlu hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı Goranboy rayon prokurorluğunda araşdırma aparılır.