Məşhur aparıcının qardaşı narkotikaya görə həbs edildi

9 Yanvar 2026 21:04 (UTC+04:00)

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. SİA xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib. Məlumata əsasən, tədbir zamanı Saray qəsəbə sakinləri, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş 48 yaşlı Elnur Nəbizadə, 39 yaşlı Tərlan Talıbov və 35 yaşlı Yusif Cəbrayılov saxlanılıblar.

Onlardan 12 kiloqram 962 qram narkotik maddə marixuana aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb. Hər 3 şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Elnur Nəbizadə əməkdar jurnalist Nəsimi Nəbizadənin qardaşıdır. Ötən gün isə Nəsimi Nəbizadənin müalicə aldığı reabilitasiya mərkəzindən qaçdığı xəbəri yayılıb.

Mətləb