Futbol üzrə Türkiyə Super Kubokunda keçiriləcək “Qalatasaray” - “Fənərbaxça” derbisinin başlama saatı dəyişdirilib. SİA xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası rəsmi məlumat yayıb.
Belə ki, final qarşılaşmasının vaxtına yenidən baxılıb. Atatürk Olimpiya Stadionunda yanvarın 10-da, saat 20:30-da keçirilməsi planlaşdırılan oyun əlverişsiz hava şəraiti və gözlənilən fırtına ilə əlaqədar olaraq 18:45-ə təyin edilib. Qərar meteoroloji proqnozlar, İstanbul Valiliyinin xəbərdarlıqları və klubların nümayəndələri ilə aparılan müzakirələrdən sonra qəbul olunub.
Sinoptiklərin məlumatına görə, oyun günü İstanbulda güclü külək və yağış gözlənilir. Matç zamanı havanın temperaturunun 12 dərəcə, rütubətin isə 92 faiz olacağı bildirilir.
Mətləb