Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz diplom və attestatlarla bağlı maraqlı fikir səsləndirib. SİA xəbər verir ki, O.Gündüz Azərbaycanda bütün təhsil sənədlərinin (diplomlar, attestatlar və s.) yalnız rəqəmsal formada veriləcəyini deyib. Bununla bağlı ötən gün hökumətin qərarı qəbul olunub. Belə bir qərarın qəbulu Prezidentin 2020-ci ildə "Təhsil haqqında" qanuna dəyişikliyin təsdiqi haqqında fərmanında nəzərdə tutulmuşdu. Uzun müddətdir ki, bu sənədin qəbulu ləngiyirdi.
Onun sözlərinə görə, bu yanaşma dünyada çox az sayda ölkənin tətbiq etdiyi, bir çox inkişaf etmiş dövlətlərin isə hələ də keçmədiyi qabaqcıl və cəsarətli modeldir.
Mətləb