ABŞ-dan əməliyyat - rus tankeri saxlanıldı

9 Yanvar 2026 22:03 (UTC+04:00)

ABŞ və Rusiya arasında gərginlik yaranıb. SİA xəbər verir ki, buna səbəb ABŞ-ın Karib dənizi akvatoriyasında Venesueladan yola çıxan Olina adlı neft tankerinin saxlanılması üçün yeni əməliyyata başlamasıdır.
Artıq bu barədə Reuters ABŞ-dakı rəsmi mənbəyə istinadən məlumat yayıb və əməliyyatın artıq icra mərhələsində olduğu bildirilib.
The Wall Street Journal isə yazır ki, tanker birbaşa ABŞ Sahil Mühafizəsi tərəfindən saxlanılıb. Amerika tərəfi Olinanı Rusiya ilə əlaqəli daha bir gəmi kimi qiymətləndirir və onun sanksiyalardan yan keçməklə neft daşımalarında iştirak etdiyini iddia edir.

Mətləb