Mərkəzi Bank Kürdəmirdə vətəndaşlarla səyyar görüş keçirəcək

9 Yanvar 2026 15:06 (UTC+04:00)

Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) tərəfindən vətəndaşlarla növbəti səyyar görüş yanvarın 14-də Kürdəmir rayonunda keçiriləcək.

AMB-dən SİA-ya bildirilib ki, görüş Mingəçevir, Ağdaş, Göyçay, Ucar, Yevlax, Zərdab, Kürdəmir inzibati rayonlarında yaşayan vətəndaşları əhatə edəcək.

Görüş zamanı Mərkəzi Bankın nümayəndələri tərəfindən vətəndaşların maliyyə xidmətləri ilə bağlı müraciətlərinin araşdırılması və cavablandırılması üzrə zəruri dəstək göstəriləcək.

Qeyd edək ki, görüşə dair müraciətləri Mərkəzi Bankın 966 – “Çağrı Mərkəzi” və +994 55 966 19 66 “Whatsapp” nömrəsi vasitəsilə ünvanlamaq mümkündür.