ADY ötən il Abşeron dairəvi dəmir yolu ilə 10 milyondan çox sərnişin daşıyıb

9 Yanvar 2026 14:15 (UTC+04:00)

AZCON Holding şirkətlərindən olan Azərbaycan Dəmir Yolları QSC (ADY) 2025-ci ildə ölkədaxili marşrutlar və Abşeron dairəvi dəmir yolu ilə 10 milyondan çox sərnişin daşıyıb.

ADY-dən SİA-ya bildirilib ki, bu göstərici 2024-cü ilin nəticələrini 20 faiz üstələyib.

Ötən ilin dekabr ayında isə 2024-cü ilin eyni dövrü ilə müqayisədə 21 faiz daha çox sərnişin daşınıb.