"Bakı–Xankəndi" Azərbaycan Velosiped Yarışının maskotu müəyyənləşib

9 Yanvar 2026 12:32 (UTC+04:00)

"Bakı–Xankəndi" Azərbaycan Velosiped Yarışının maskotu müəyyənləşib.

Bu barədə SİA-ya Azərbaycan Velosiped İdmanı Federasiyasından (AzVİF) məlumat verilib.

Federasiya tərəfindən yarışın maskotu kimi milli-mənəvi dəyərləri, güc və dözümlülüyü simvolizə edən Qarabağ atı seçilib.

AzVİF rəsmi maskotunun hazırlanması ilə bağlı müsabiqə elan edib. Müsabiqənin məqsədi Qarabağ atı obrazını müasir dizayn yanaşması ilə təqdim edən, velosiped idmanının dinamizmini və Azərbaycanın mədəni irsini əks etdirən yaddaqalan maskotun yaradılmasıdır.

Qeyd edək ki, "Bakı–Xankəndi" Azərbaycan Velosiped Yarışı mayın 10-14-ü aralığında təşkil olunacaq.