Bakıda avtomobil 78 yaşlı qadını vuraraq öldürüb

9 Yanvar 2026 09:21 (UTC+04:00)

Bakıda avtomobil 78 yaşlı qadın piyadanı vuraraq öldürüb.

SİA xəbər verir ki, hadisə Nizami rayonu, Qara Qarayev prospekti 80A ünvanında qeydə alınıb.

Belə ki, naməlum avtomobil 1948-ci il təvəllüdlü Mahirə Əhməd qızı Bayramovanı vurub. Yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilsə də, aldığı müxtəlif dərəcəli bədən xəsarətləri nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.