Mərkəzi Gömrük Hospitalının Pediatriya şöbəsinin uşaq nevropatoloqu Dr.Mehriban Məmmədova Türkiyə Nevrologiya Cəmiyyətinin təşkilatçılığı ilə 2025-ci ilin dekabr ayında Türkiyənin Antalya şəhərində keçirilən 61-ci Milli Nevroloji Konqresində iştirak edib.
Nevrologiya sahəsində ən son elmi yeniliklərin, müasir diaqnostika və müalicə yanaşmalarının müzakirə olunduğu bu nüfuzlu beynəlxalq tədbir müxtəlif ölkələrdən olan aparıcı mütəxəssisləri bir araya gətirib. Konqres çərçivəsində uşaq nevrologiyası sahəsində aktual mövzular, klinik təcrübələr və innovativ yanaşmalar ətrafında aparılan geniş müzakirələr aparılıb.
Tədbirin sonunda Dr. Mehriban Məmmədovaya 61-ci Milli Nevroloji Konqresdə iştirakına görə sertifikat təqdim olunub.