ABŞ prezidenti Donald Tramp inanır ki, Demokratik rəqibləri 2026-cı il aralıq Konqres seçkilərində qalib gəlsələr, ona impiçment elan edəcəklər. Vaşinqtonda Respublikaçı siyasətçilər qarşısında çıxış edən Tramp deyib: “Aralıq seçkilərdə qalib gəlməsək, məni impiçment etmək üçün bəhanə tapacaqlar”.
Eyni zamanda Tramp bu seçkilərdən sonra Respublikaçılar Partiyasının Konqresə nəzarəti saxlayacağına əminliyini ifadə edib. ABŞ-da aralıq seçkiləri noyabrda keçiriləcək. Nümayəndələr Palatasındakı hər bir yer və Senatın əhəmiyyətli bir hissəsi təhlükə altında olacaq.
VƏLİ