Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin əkin sahəsində yanğın törədən şəxs saxlanılıb.
Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.
Bildirilib ki, araşdırmalarla yanğının 1960-cı il təvəllüdlü F.Abbasov tərəfindən törədildiyi müəyyən edilib. Hadisə nəticəsində 1 hektar ərazidə quru ot sahəsi yanıb.
Onun barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.