Bakıda UEFA-nın B kateqoriyalı məşqçi kursu keçiriləcək

8 Yanvar 2026 10:36 (UTC+04:00)

Bakıda AFFA tərəfindən UEFA-nın B kateqoriyalı məşqçi kursu keçiriləcək.

Bu barədə SİA-ya qurumun mətbuat xidmətindən bildirilib.

Kursun ilk mərhələsi fevralın 9-dan 12-dək baş tutacaq.

İkinci mərhələ martın 16-dan 19-na, üçüncü mərhələ aprelin 13-dən 16-na, dördüncü mərhələ isə mayın 11-dən 15-dək keçiriləcək.