ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların BMT-nin 31 qurumu da daxil olmaqla, 66 beynəlxalq təşkilatda maliyyələşdirilməni və iştirakını dayandıran sənəd imzalayıb. SİA xəbər verir ki, bu barədə bəyanat Ağ Evin saytında yerləşdirilib.
"Bu təşkilatların çoxu ABŞ-nin suverenliyinə və iqtisadi gücünə zidd olan radikal iqlim siyasətlərini, qlobal idarəetməni və ideoloji proqramları təbliğ edir", - sənəddə təşkilatların tam siyahısı verilmədən bildirilir.
Bəyanatda qeyd olunur ki, Amerika vergi ödəyiciləri beynəlxalq təşkilatların maliyyələşdirilməsinə milyardlarla pul xərcləyiblər, halbuki az gəlir əldə ediblər.
Mətləb