Almaniyanın "Bavariya" klubu daha bir futbolçusu ilə müqavilə müddətini uzatmaq istəyir. SİA xəbər verir ki, "pivəçilər" müdafiəçi Dayo Upamekano ilə yeni müqavilə imzalamağa yaxındır. Məşhur insayder Fabritsio Romano mediaya açıqlamasında deyib ki, tərəflər yeni müqavilənin əməkhaqqı, şərtləri və strukturu barədə şifahi razılığa gəliblər.
Qeyd edək ki, Upamekanonun "Bavariya" ilə hazırkı müqaviləsi 2026-cı ilin iyununa qədər qüvvədədir.
Mətləb