Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib

7 Yanvar 2026 16:59 (UTC+04:00)

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası olub.

Məhkəmənin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, iclasda Konstitusiyanın 130-cu maddəsinin IV hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, İnzibati Xətalar Məcəlləsinin 53.1.7-ci və 139-cu maddələrinin şərh edilməsinə dair Baş Prokurorluğun sorğusuna baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad qəbul edilib.

Sorğuya mahiyyəti üzrə tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun fevralın 2-nə təyin edilmiş iclasında baxılacaq.