Ağsuda yol qəzası olub, bir qadın ölüb

7 Yanvar 2026 03:06 (UTC+04:00)

Muğanlı–İsmayıllı yolunda ölümlə nəticələnən yol qəzası baş verib. SİA xəbər verir ki, hadisə axşam saatlarında avtomobil yolunun Ağsu rayonunun Qırlar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. İlkin məlumata görə, hərəkətdə olan minik avtomobili yoldan çıxaraq aşıb. Qəza nəticəsində bir qadın hadisə yerində ölüb. Xəsarət alan şəxslər təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Hazırda faktla bağlı araşdırma aparılır.

Mətləb