Səbaildə xəstəxananın həyətindən meyit tapılıb

6 Yanvar 2026 23:12 (UTC+04:00)

Bakıda Təcili Yardım Stansiyasının həyətindən meyit tapılıb. SİA xəbər verir ki, hadisə paytaxtın Səbail rayonu, Ş.Allahverdiyev küçəsində yerləşən 2 saylı Təcili Tibbi Yardım Stansiyasının həyətində qeydə alınıb.

Araşdırmalar zamanı meyiti tapılan şəxsin 1968-ci il təvəllüdlü Ruslan Rəşid oğlu Nadirov olması müəyyən edilib. Araşdırmalar aparılır.

Mətləb