Xırdalanda qadın hündürlükdən yıxılıb öldü

6 Yanvar 2026 20:30 (UTC+04:00)

Xırdalanda bədbəxt hadisə baş verib. Belə ki, Xırdalan şəhər sakini, 1986-cı il təvəllüdlü Könül Əlibəyli çoxmərtəbəli binadan yıxılıb. Qadın aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib. Faktla bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır.

Mətləb