Ukrayna Prezidenti Vladimir Zelenski Parisə səfər edib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, səfər çərçivəsində o, Fransa Prezidenti Emmanuel Makronla görüşəcək. Daha sonra iki lider ABŞ prezidentinin xüsusi elçisi Stiv Vitkoff və müşaviri Cared Kuşnerin iştirakı ilə birgə danışıqlar aparacaqlar.
Zelenski eyni zamanda “Qətiyyətlilər Koalisiyası”nın iclasında iştirak edəcək.