“Turan Tovuz” futbolçusunu Yaponiya klubuna satıb

6 Yanvar 2026 16:10 (UTC+04:00)

“Turan Tovuz” futbolçusu Aleks Souzanın transferi ilə bağlı Yaponiyanın “Kyoto” klubu ilə razılıq əldə edib.

Klubdan SİA-ya verilən məlumata görə, braziliyalı hücumçu tibbi müayinədən keçdikdən sonra Yaponiya təmsilçisi ilə rəsmi müqavilə imzalayacaq.

Aleks Souza Misli Premyer Liqasında “Turan Tovuz” forması ilə 66 oyunda meydana çıxıb.