BANM Qarabağda praktik layihələrin həyata keçirilməsini planlaşdırır

6 Yanvar 2026 11:49 (UTC+04:00)

SOCAR-ın Bakı Ali Neft Məktəbi (BANM) bu ilin əvvəlindən Qarabağ Universitetində bir sıra layihələrə başlayacaq. Bu məqsədlə SOCAR Qarabağ Universiteti ilə müqavilə bağlayıb.

Bu barədə SİA-ya BANM-dən məlumat verilib. Bildirilib ki, SOCAR ilə Qarabağ Universiteti arasında əməkdaşlıq və inkişaf haqqında imzalanan sənədə əsasən Qarabağda, işğaldan azad edilmiş ərazilərimizdə qarşıdakı illərdə praktik layihələrin həyata keçirilməsi planlaşdırılır.