Cəlilabadda qədim saxsı qablar tapılıb

6 Yanvar 2026 09:57 (UTC+04:00)

Cəlilabad rayonunda qədim saxsı qablar aşkar olunub.

SİA-nın məlumatına görə, rayonun Şatırlı kəndindən keçən çay kənarında sakinlər tərəfindən təsadüfən iki qəsim saxsı qab tapılıb.

Tarixçi Elşad Əmənovun sözlərinə görə, tapıntıların eneolit dövrünə aid olduğu güman edilir: "Çünki həmin dövrə aid oxşar qab nümunələri mövcuddur".

Qeyd olunub ki, tapılan qablar Cəlilabad Tarix-Diyarşünaslıq Muzeyinə təhvil veriləcək.