Qusarda dəm qazından zəhərlənən qadın ölüb

6 Yanvar 2026 09:55 (UTC+04:00)

Qusar rayonu Balaqusar kənd sakini, 55 yaşlı Sahibə Əmiraslanova dəm qazından zəhərlənərək dünyasını dəyişib.

SİA-nın bölgə müxbiri xəbər verir ki, Sahibə Əmiraslanova hamam otağında dəm qazından boğulub.

Mərhum Qusar Rayon Mərkəzi xəstəxanasında çalışırdı.