ABŞ-ın Venesueladakı əməliyyatı zamanı 80 nəfər ölüb

4 Yanvar 2026 23:36 (UTC+04:00)

ABŞ-ın Venesuela Prezidenti Nikolas Maduronu ələ keçirmək üçün apardığı əməliyyat zamanı 80 nəfər ölüb.

SİA xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb. Bildirilib ki, ölənlər arasında təhlükəsizlik qüvvələri ilə yanaşı mülki şəxslər də var. Ölənlərin sayının artacağı istisna olunmur.