La Liqa: "Real Madrid" böyükhesablı qələbə ilə sevinib

4 Yanvar 2026 21:22 (UTC+04:00)

İspaniya La Liqasında XVIII turun oyunları keçirilir.

SIA xəbər verir ki, "Real Madrid" evdə "Betis" ilə qarşılaşıb. Görüş "kral klubu"nun 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticədən sonra xallarını 45-ə çatdıran Madrid təmsilçisi 2-ci pillədə qərarlaşıb.