Misir ötən il 19 milyon turist qəbul edib

4 Yanvar 2026 21:01 (UTC+04:00)

Misirin turizm sektoru ötən il yüksək nəticələr əldə edib. Ölkəyə təqribən 19 milyon turist gəlib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu rəqəm 2024-cü ilin göstəriciləri ilə müqayisədə 21 faiz artım deməkdir.

Ümumdünya Turizm Təşkilatının hesabatına görə, Misir bununla qlobal artım tempini (təxminən 5%) üstələyir.