A Seriyası: "Napoli" vacib qələbə qazanıb

4 Yanvar 2026 17:45 (UTC+04:00)

İtaliya A Seriyasında XVIII turun oyunları keçirilir.

SİA xəbər verir ki, çempionluq mübarizəsi aparan "Napoli" səfərdə "Latsio" ilə qarşılaşıb. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticədən sonra xallarını 37-yə çatdıran "Napoli" ikinci pilləyə yüksəlib.