Rusiya Xarici İşlər Nazirliyi ABŞ hakimiyyətindən Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşının ABŞ-da olması barədə təsdiqlənmiş məlumatlardan sonra dərhal azad edilməsini tələb edib.
SİA-nın məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti rəsmi açıqlamada bildirib.
Diplomatlar vurğulayıblar ki, Moskva Maduronu suveren dövlətin qanuni seçilmiş rəhbəri kimi görür və Vaşinqtondan mövcud vəziyyətlə bağlı aydınlıq gətirməsini gözləyir. Nazirlik bildirib ki, ABŞ-ın Venesuela liderinə qarşı hazırkı hərəkətləri beynəlxalq hüququn fundamental normalarına və dövlətlərin daxili işlərinə qarışmamaq prinsipinə ziddir.
Əli Babayev