"Qarabağ" Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

3 Yanvar 2026 23:25 (UTC+04:00)

"Qarabağ"ın Türkiyənin Antalya şəhərində qış təlim-məşq toplanışı çərçivəsində yoxlama görüşlərində qarşılaşacağı rəqiblər müəyyənləşib.

SİA xəbər verir ki, klubdan verilən məlumata görə, yanvarın 10-dan 17-dək Belek bölgəsində hazırlıq keçəcək Ağdam təmsilçisi Özbəkistanın “Neftçi” (Fərqanə) və Polşanın "Zalebye" klubları ilə qarşılaşacaq.

Matçlar, müvafiq olaraq, yanvarın 12-də və 16-da keçiriləcək.

Qeyd edək ki, “Qarabağ” yeni ildə ilk rəsmi oyununa yanvarın 21-də çıxacaq. Komanda UEFA Çempionlar Liqasının liqa mərhələsi çərçivəsində Almaniyanın “Ayntraxt” klubu ilə qarşılaşacaq.