...Ölkə konstitusiyasına uyğun olaraq, Nikolas Maduronun yoxluğunda Venesuelanın dövlət başçısı vəzifəsini icraçı vitse-prezident Delsi Rodrigez icra edəcək.
SİA-nın əldə etdiyi məlumata görə, Rodrigez 1969-cu ildə Karakasda Marksist Sosialist Liqası partiyasının qurucusu siyasətçi Xorxe Antonio Rodrigezin ailəsində anadan olub.
O, Venesuela Mərkəzi Universitetində əmək hüququ üzrə ixtisaslaşmış hüquq dərəcəsi alıb. Universitetdə professor və Venesuela Əmək Hüquqşünasları Assosiasiyasının prezidenti vəzifələrində çalışıb.
2003-cü ildən bəri vitse-prezidentin Koordinasiya Ofisində və Energetika Nazirliyində çalışıb. Avropa ilə əlaqələr üzrə nazir müavini və Prezident Aparatında nazir vəzifələrində çalışıb. 2013-cü ildə Rabitə və İnformasiya naziri təyin edilib.
2014-cü ildən Venesuelanın Xarici İşlər naziri vəzifəsində çalışıb. 2017-ci ildən 2018-ci ilə qədər Venesuela Milli Təsis Assambleyasının prezidenti vəzifəsində çalışıb, daha sonra ölkənin ikinci ən yüksək vəzifəsi olan icraçı vitse-prezident vəzifəsini tutub.
Eyni zamanda, Rodriges Venesuelanın İqtisadiyyat, Maliyyə və Xarici Ticarət Nazirliyinin (2020-ci ildən) və Karbohidrogenlər Nazirliyinin (2024-cü ildən) rəhbəri vəzifələrində çalışıb.
Əli Babayev