Venesuelaya hücum fonunda Avropa ikiüzlülükdə ittiham olunur...

3 Yanvar 2026 20:05 (UTC+04:00)

...Helsinki Universitetinin professoru Tuomas Malinen bildirib ki, Avropa liderləri ABŞ-ın ikiüzlülüyünə görə onlara qarşı heç bir tədbir görməyəcəklər.

SİA-nın məlumatına görə, o, bunu özünün X sosial media hesabında (əvvəllər Twitter) yazıb.

Malinen bildirib ki, hər kəs "Avropa Komissiyasından sarsılmaz hərəkət" gözləyir, lakin heç bir reaksiya gözlənilmir.

O yazıb ki, “...Hamımız gözləyirik. Ən azından ABŞ-dan neft və qaz idxalına sanksiyalar tətbiq olunacaq. Şəxsən mən də Emmanuel Makron, Fridrix Merz, Aleksandr Stubb, Kaya Kallas və Donald Tuskdan qınayıcı bəyanatlar gözləyirəm”. Professor həmçinin qeyd edib ki, "hazırda ikili standartlar dünyasında yaşayırıq və Aİ ən korrupsiyalaşmış və millətlərarası strukturdur".

Daha əvvəl Avropa diplomatiyasının rəhbəri Kaya Kallasın Vaşinqtonu Venesuelaya hücumla bağlı vəziyyətdə təmkinli olmağa çağırdığı bildirilirdi.

Əli Babayev