Astarada mikroavtobus qəzaya uğrayıb: ölən və xəsarət alanlar var

3 Yanvar 2026 18:30 (UTC+04:00)

Astarada mikroavtobusun qəzaya uğraması nəticəsində ölən və xəsarət alanlar var.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, hadisə rayonunun Təngərüd kəndi ərazisindən keçən hissəsində baş verib.

İlkin məlumata görə, Astara-Lənkəran marşrut xətti üzrə hərəkətdə olan “Mercedes Sprinter” markalı mikroavtobusun sürücüsü idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq elektrik dirəyinə çırpılıb və aşıb.

Qəza zamanı mikroavtobusda olan sərnişinlərdən bəziləri müxtəlif dərəcəli bədən xəsarətləri alıb, ölənlərin olduğu bildirilir.

Yaralılar təcili tibbi yardım briqadaları tərəfindən aidiyyəti üzrə xəstəxanaya yerləşdirilib.