...Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ABŞ-ın Venesuelaya hücumlarını "Nobel Sülh Mükafatına doğru daha bir parlaq addım" adlandırdı.
SİA-nın məlumatına görə, o, RİA Novosti agentliyinə bildirib ki, “...Latın Amerikasında zəmanətli sevgi, çünki Monro Doktrinası orada çox populyardır. Bir sözlə, Nobel Sülh Mükafatına doğru daha bir parlaq addım”.
Təhlükəsizlik Şurasının sədr müavini əlavə edib ki, ABŞ heç bir təhlükə yaratmayan müstəqil bir ölkədə qəddar hərbi əməliyyat həyata keçirib.
Daha əvvəl Tramp zarafatla bildirib ki, o, hələ də Nobel Sülh Mükafatını alacağını gözləyir, amma yalnız 2026-cı ildə.
Əli Babayev