ABŞ Maduro və həyat yoldaşını narkoterrorizmdə ittiham edib

3 Yanvar 2026 17:38 (UTC+04:00)

ABŞ-ın baş prokuroru Pam Bondi Venesuela Prezidenti Nikolas Maduronun ağır cinayətlərdə ittiham olunduğunu açıqlayıb. Onun sözlərinə görə, Maduro narkoterrorizm, ABŞ-a kokain idxalı, eləcə də silah və dağıdıcı qurğuların saxlanmasında və bu silahların ABŞ-a qarşı istifadəsində ittiham olunur.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Pam Bondi xüsusi əməliyyat nəticəsində saxlanılan Nikolas Maduronun və onun həyat yoldaşı Siliya Floresin Nyu-Yorkun Cənub Dairə Məhkəməsində ifadə verəcəklərini bildirib. Baş prokuror qeyd edib ki, hər iki şəxs artıq rəsmi olaraq ittiham edilir.

Açıqlamada vurğulanıb ki, iş ABŞ hüquq-mühafizə orqanları tərəfindən aparılan genişmiqyaslı istintaqın nəticəsidir və məhkəmə prosesi Nyu-Yorkda keçiriləcək.