Flossie 30 yaşını “qeyd edir”...

3 Yanvar 2026 23:46 (UTC+04:00)

...29 dekabr 1995-ci ildə anadan olan Flossi adlı Britaniya qısa tüklü pişiyi əhəmiyyətli bir mərhələni - otuzuncu doğum gününü “qeyd etdi”.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Ginnesin Rekordlar Kitabına görə, bu yaş insan ömrünün təxminən 140-160 ilinə bərabərdir.

Beləliklə, Flossi rəsmi olaraq dünyanın ən yaşlı pişiyi kimi tanınır. Uzun ömrü boyu bu cazibədar ev heyvanının üç sahibi olub və son üç ildir Britaniya ailəsində yaşayır.

Eşitmə və görmə qabiliyyətinin pisləşməsinə baxmayaraq, Flossi “gənc və enerjili” olaraq qalır.

Hər gün erkən səhər yeməyi ilə başlayır, ardınca aktiv oyun və uzun istirahət gəlir.

Bu heyrətamiz pişiyin populyarlığı, 2022-ci ilin noyabr ayında Ginnesin Rekordlar Kitabında onun yaşının 26 il 316 gün olduğu qeyd edilməsi ilə daha da izah olunur.

Flossie indi bütün dövrlərin ən uzunömürlü yeddi pişiyi arasında şərəfli bir yer tutur və yalnız 38 yaşına qədər yaşayan mütləq lider Cream Puffdan sonra ikinci yerdədir.

...Və yeri gəlmişkən, Ginnesin Rekordlar Kitabı idman və elmdən tutmuş fərdlərin və qrupların fövqəladə istedadlarına qədər müxtəlif sahələrdə dünya nailiyyətlərini və rekordlarını sadalayan illik nəşrdir. Adı 1955-ci ildə ilk nəşrə sponsorluq edən İrlandiya pivə zavodu Guinness-dən gəlir.

Nazlı Almuradova