...Zaporojya Atom Elektrik Stansiyasının (ZNPP) təhlükəsizlik sistemi Ferrosplavnaya-1 yüksək gərginlikli xəttinə elektrik enerjisini dayandırıb.
SİA-nın məlumatına görə, bu barədə ZNPP-nin rəsmi Telegram kanalında dərc olunmuş açıqlamada bildirilib.
Qeyd olunur ki, stansiyanın daxili enerji ehtiyacları 750 kV-luq Dnepr xətti tərəfindən təmin edilir.
Bəyanatda qeyd olunur ki, "Təhlükəsizlik limitləri və şərtlərinin pozulması qeydə alınmayıb. Personal reaksiya verməyə hazırdır".
Daha əvvəl ZNPP-nin Kommunikasiya direktoru Yevgeniya Yaşina stansiyadakı vəziyyətin tam nəzarət altında olduğunu bildirmişdi.
Əli Babayev