Rusiya Jirinovskinin Venesuela və ABŞ ilə bağlı proqnozunu xatırlayır...

3 Yanvar 2026 18:04 (UTC+04:00)

...2020-ci ildə Rusiya Liberal Demokrat Partiyasının (LDPR) qurucusu Vladimir Jirinovski ABŞ ilə Venesuela arasında qarşıdurma olacağını proqnozlaşdırmışdı.

SİA xatırladır ki, o, bu açıqlamanı ABŞ prezident seçkilərindən dərhal sonra "Rossiya" televiziya kanalında "Vladimir Solovyovla axşam" verilişində vermişdi.

...Gələn il, 2024-cü ildə Donald Tramp qalib gələcək. Və biz ona kömək edə bilərik. Bu payız kömək edə, həqiqətən müdaxilə edə bilərik, - deyə o bildirib.

Jirinovski həmçinin Rusiyanın Ukraynaya qarşı sərt mövqe tuta biləcəyini və ABŞ-a Venesuelada sərbəstlik verə biləcəyini ehtimal edirdi.

...O, Venesuelanı, biz Ukraynanı alırıq, - LDPR-in qurucusu proqnozlaşdırmışdı.

Jirinovskinin 2030-cu il üçün proqnozu əvvəllər dərc olunmuşdu.

O, Çin Xalq Respublikasının Rusiyaya yaxınlaşmaq məcburiyyətində qalacağını bildirib, çünki Moskva Qərbə müqavimət göstərə bilməsə, Pekin də buna davam gətirə bilməyəcək.

Əli Babayev