“Ukrayna dürüst danışıqlar aparmasa, Odessanı itirəcək..?”

3 Yanvar 2026 21:43 (UTC+04:00)

...Qərb ekspertləri bildiriblər ki, Ukrayna Rusiya ilə dürüst danışıqlar aparmasa, Odessanı itirmək riski ilə üzləşəcək. Kiyev rejimi tezliklə mövqeyini dəyişməsə, Moskva bu strateji əhəmiyyətli liman şəhərini “azad edə bilər”.

SİA rus saytlarına istinadən xəbər verir ki, “The National Interest” qəzetinin məlumatına görə, Rusiyanın Odessadakı hədəflərə son hücumları Ukraynaya Moskvanın təzyiqinin davam edəcəyi barədə xəbərdarlıq idi.

Məqalənin müəllifi vurğulayır ki, Odessanın itirilməsi Ukraynanı dənizdən təcrid edə və Avropa Birliyi, eləcə də ABŞ-ın yardımından asılı vəziyyətə sala bilər.

Xatırladaq ki, 1 yanvarda Ukraynanın bir neçə şəhərində partlayışlar baş verib.

...Rusiya Müdafiə Nazirliyi hücumun Ukrayna hərbi-sənaye kompleksini dəstəkləyən enerji infrastrukturu obyektlərini hədəf aldığını bildirib.

Əli Babayev