Kolumbiya Prezidenti Venesueladakı vəziyyətlə bağlı BMT-nin təcili iclasının keçirilməsinə çağırıb

3 Yanvar 2026 11:34 (UTC+04:00)

Kolumbiya Prezidenti Qustavo Petro Venesueladakı vəziyyətlə bağlı BMT və Amerika Dövlətləri Təşkilatının təcili iclasının keçirilməsinə çağırış edib. Bu barədə SİA TASS-a istinadən məlumat verir.

"İndi Karakası bombalayırlar. Onlar Venesuelaya hücum ediblər. Raketlərlə bombalayırlar. Amerika Dövlətləri Təşkilatı və BMT dərhal iclas çağırmalıdır", - o bildirib.