Güclü zəlzələdən sonra 900-dən çox afterşok qeydə alınıb

3 Yanvar 2026 09:24 (UTC+04:00)

Seysmoloqlar Meksikada 6,5 ​​maqnitudada zəlzələdən sonra 936 afterşok qeydə alıblar. SİA-nın məlumatına görə, ölkənin Milli Seysmoloji Xidməti bu barədə "X" sosial şəbəkəsində xəbər verib.

"Yanvarın 2-si saat 20:00-a olan məlumata görə, Herrero ştatının San-Markos rayonunda baş verən 6,5 maqnitudada zəlzələdən sonra 936 afterşok qeydə alınıb", - paylaşımda bildirilir.

Qeyd olunur ki, ən güclü afterşok 4,7 maqnitudada olub. Seysmik aktivliyin monitorinqi davam edir.

Əsas zəlzələnin ilkin maqnitudası 6,5 olub. Episentr Herreronun San-Markos şəhərindən 15 km cənub-qərbdə, ocağı təxminən 10 km dərinlikdə yerləşib. Mexiko şəhərində baş verən zəlzələ nəticəsində on iki nəfər xəsarət alıb.