Bu gün axşam saatlarında Şəkidə şəhər ərazisində ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, “Opel” və “Hundai” markalı avtomobillər toqquşub. Nəticədə “Opel”in sürücüsü Murad İmaməliyev, eləcə də “Hundai”in sərnişinləri 36 yaşlı Pərviz Əhmədov və 45 yaşlı Rəşad Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Hadisə yerinə cəlb olunan Təcili tibbi yardım briqadası xəsarət alanlara ilkin tibbi yardım göstərib. Daha sonra yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriblər.
Baş vermiş yol qəzası ilə bağlı araşdırma aparılır.