Saşa Savelyeva Kirill Safonovla birlikdə olmaq üçün İsrailə qayıtdı...

2 Yanvar 2026 22:23 (UTC+04:00)

Müğənni Saşa Savelyeva Kirill Safonovla birlikdə olmaq üçün Rusiyadan İsrailə gedib.

SİA xəbər verir ki, "Komsomolskaya Pravda"nın məlumatına görə, o, 2024-cü ilin sonunda ayrıldığı əri ilə yenidən bir araya gəldiyini bildirib.

Jurnalistlər Safonovun ailəsini 2022-ci ildə qohumlarının əvvəllər köçdüyü İsrailə köçürdüyünü aydınlaşdırıblar.

2024-cü ildə Saşanın anası xəstələnib və o, oğlu Leonla birlikdə Rusiyaya qayıdıb.

Qəzetin məlumatına görə, Savelyeva 42-ci doğum gününü İsraildə qeyd edib.

O, əri və oğlu ilə birlikdə restorana gedib.

…Sən bayram deyilsən. Sən təqvimlərin səbəbisən. Bir görüş deyil, hər günün bəraətisən. Səni sevirəm. Ad günün mübarək, - Safonov onu təbrik edib.

Cütlük Yeni ili də birlikdə qeyd edib.

Müğənni bayram süfrəsi açıb və sözün əsl mənasında xoşbəxtlikdən parlayıb.

…Salam, 2026! Sənin üçün böyük planlarım var, - deyə müğənni qeydss edib.

Nazlı Almuradova