Budanov Ukrayna Prezident Ofisinə rəhbərlik etməyə razılaşdı

2 Yanvar 2026 17:11 (UTC+04:00)

Kirill Budanov Ukrayna prezidenti Volodimir Zelenskinin Prezident Ofisini idarə etmək təklifini qəbul etdiyini bildirib.

SİA xəbər verir ki, o, vəzifəsini ölkəsi qarşısında məsuliyyətin daha bir həddi kimi qəbul etdiyini əlavə edib.

"Ukrayna üçün tarixi bir anda dövlətimizin strateji təhlükəsizliyinin həlledici məsələlərinə diqqət yetirmək mənim üçün şərəf və məsuliyyətdir", - deyə Budanov vurğulayıb.

Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenski Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanova Prezident Ofisinə başçılıq etməyi təklif edib.